İdman

Türkiyə Superliqası: “Qalatasaray” qələbə qazanıb, “Trabzonspor” isə öz meydanında uduzub

Futbol üzrə Türkiyə Superliqasında XXIII tura yekun vurulub.

“Zirvə yolu” xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.

“İstanbulspor” “Samsunspor”la, “Kayserispor” “Antalyaspor”la 1:1 hesablı bərabərliyə razılaşıb. “Qalatasaray” öz meydanında “Qaziantep”i çətinliklə məğlub edib – 2:1. “Trabzonspor” isə evdə “Kasımpaşa”ya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” ikincidir. Üçüncü pillədəki “Trabzonspor”un 37, dördüncü sıradakı “Beşiktaş”ın isə 36 xalı var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir