Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,8 maqnitudalı zəlzələ olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.
Verilənlərə görə, yeraltı təkanların episentri Çinin Ağsu qəzasından 125 km qərbdə, Qazaxıstanın Almatı şəhərindən isə 276 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, sonuncu dəfə sözügedən bölgədə bir neçə nəfərin ölümü ilə nəticələnmiş güclü zəlzələ yanvarın 23-də olub.