Dünya

Rumıniya Türkiyəyə “Bayraktar” PUA-larının birgə istehsalını təklif edib

Rumıniya Türkiyəni “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlığa dəvət edib.

“Zirvə yolu”nun məlumatına görə, bunu Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan “Anadolu” agentliyinə müsahibəsində deyib.

“2023-cü ildə Rumıniya bizim 18 ədəd “Bayraktar TB2” döyüş PUA-larımızı alıb. Onların tədarükləri bu il və sonrakı illərdə də davam edəcək. Rumıniyanın bu məhsulların birgə istehsalı üçün müraciəti var”, – səfir deyib.

Diplomatın sözlərinə görə, müdafiə sənayesində bir neçə gözlənilən tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq Türkiyə şirkətləri üçün çox vacibdir.

Səfir həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Onun səfərinin gündəliyində bu məsələlərin olacağı gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir