“Turan Tovuz”un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb.
“Zirvə yolu”nun məlumatına görə, məşqçilər korpusu 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasını qərara alıb.
Buna səbəb oyunçunun əvəzedicilərin çempionatında, “Səbail-2” ilə matçda komanda yoldaşını vurması olub. Onun klubla müqaviləsinə xitam verilməsi də istisna deyil.
Qeyd edək ki, AFFA İntizam Komitəsi təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib.