“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıb. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/2009 mövsümündə qeydə alınıb.
Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın mövsümdə 25-ci uğuru olub. Qurbanovun yetirmələri Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəlib.