İdman

Karate üzrə ümumrespublika seminarı keçirilib

Karate üzrə ümumrespublika seminarı keçirilib.

“Zirvə yolu” Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda gerçəkləşib.

Seminarda AKF-nin nəzdində fəaliyyət göstərən ictimai birliklərin 30-dan çox məşqçisi iştirak edib.

700-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı 2 saat davam edən seminarda karatenin incəlikləri ilə tanış olublar.

AKF-nin vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, İdarə Heyətinin üzvü Yaşar Bəşirov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının rəhbəri Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarın məqsədi karatenin kütləviliyinə nail olmaqdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir