Siyasət

Şəhərdağıtma məmuru Ramin Abdullayev üçün “qaramaskalı əməliyyatı” hazırlığı… – BU NƏDİ BELƏ?!

Bir müddət əvvəl “qara maskalı” oğlanlar bütün korrupsionerlərin, əli əyri, gözüac, tamahkar, saxtakar, dövləti deyil, özünü düşünən cinayətkar məmurların qapısını döymədən içəri girib onları qandallayıb layiq olduqları yerə aparırdı. Xüsusən də icra başçıları arasında belələri az deyildi, bəziləri həbsdən sonra çox yaşamadı, bəziləri hələ də cəzasını çəkir…. Ancaq təkcə icra başçıları olmadı, neçə-neçə vəzifəli şəxslər, memarlıq-tikinti şöbələrinin rəhbərləri dörd divarlıq hücrəyə məhkum edildilər. Və həqiqətən də xalq “qara maskalı” oğlanları alqışlayırdı, sevinirdi onların kabinetlərə daxil olub vicdansız məmurları həbs etmələrinə… Necə ki, dövlətə 30 il zərər vurmuş separatçılar – Araik, Vardanyan və başqaları həbsdədir, eləcə də korrupsiyaya bulaşmış məmurların dövlətə vurduqları ziyan onlarınkından az deyil. Yeri gəlmişkən, tikinti-memarlıq şöbəsinə rəhbərlik edənlər arasında tutulanlar olduğunu yada saldıq, amma heç demədik ki, onlar qədər Bakıya “qan udduran”, şəhərin ciyərini çıxaran, vətənə, dövlətə, xalqa zərbə vuran elə həm də Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdir. Ramin Abdullayev bəladır, kabusdur, şəhərsalma üçün gəlmiş planlaşdırılmamış məmurdur. Sanki Ağdamı necə işğalçı qüvvələr viran qoyublar, Ramin Abdullayev də Bakını o kökə salmaqdadır. Yox, biz deməzdik ki, Ramin Abdullayev ermənilik edir, amma tutduğu vəzifədə şəhərə işğalçı biri kimi yanaşmaqdadır. Əks halda paytaxt pul, rüşvət, tamah ucbatından bu günə qoyulmazdı.
Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, Ramin Abdullayevin təqdimatı 2019 – cu ildə Şəhərsalma komitəsinin 1-ci muavini Namiq Hümmətov tərəfindən irəli sürülmüş və bu vəzifəyə qoyulmuşdur. Namiq Hümmətov elə bu baxımdan Ramin Abdullayevin bütün çirkli işlərini daima mehafizə edir,vəzifə toxunulmazlığında ona dəstək olur.
Əslində “qara maskalı” oğlanlar həm də sözügedən idarədə görünməlidir. Bu, məncə, tikinti aparmaq istəyən, başına oyun açılan hər bir vətəndaşın, sahibkarın arzusudur, hər bir Ramin Abdullayev zülmü ilə üzləşmiş şəxsin ürəyindən tikan çıxarardı.
Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Cənab Prezidentin öz işinin öhdəsindən gəlməyən, şəxsi maraqlarını ön plana çəkən məmurlara qarşı sərgilədiyi sərt mövqe hamı üçün örnək olmalıdır. Dövlət başçısının yeni vəzifəyə təyiin etdiyi məmurları qəbul edərkən onların qarşısında qoyduğu tələblər hər bir vəzifə sahibi üçün gündəlik iş planı olmalıdır. Lakin bir çox məmurlar nə üzərinə düşən vəzifələri doğru-düzgün yerinə yetirir, nə də Prezidentin tələblərinə məhəl qoyurlar. Bu da ondan irəli gəlir ki,
tayfabazlıq, qohumbazlıq Azərbaycan dövlət strutkurların ən böyük bəlasıdır. Hansısa məmurun qohumu, dostu, istəklisi olanlar mühüm dairələrdə önəmli kürsülər tutaraq millətin həyatına balta çalırlar. Müxtəlif yollarla idarəetmə sisteminə doluşan belə “əvəzedilməz kadrlar” haqqında elə məlumatlara rast gəlirsən ki, baş verənlərə əlaqədar qurumların susqunluq nümayiş etdirməsini heç başa düşə bilmirsən..
Xülasə, sədri olduğu idarənin adı ilə əməlləri uyğun gəlməyən Ramin Abdullayev tam bir yoxlanmalı məmurdur. Nəzərinizə çatdıraq ki, Ramin Abdullayev 2021-ci ildən Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri vəzifəsində çalışır. Ancaq buna çalışmaq demək olmaz, çapmaq, talamaq demək olar. Ola bilsin ki, dövlət rəhbərliyi bu qədər işlərin, sıx qrafikin içində onun əməllərindən xəbərsizdir. Amma Bakının Baş Planı açıqlandığı, 2040 planları qurulduğu bir zamanda Ramin Abdullayevin fəaliyyəti araşdırılmalıdır. Bilinməlidir ki, onun Bakının Baş Planına vurduğu zərbə, dövlət əleyhinə apardığı iş nədən ibarətdir. Bilinməlidir ki, Baş Plana balta vuran, şəhəri az qala kəndə-kəsəyə çevirən, harda gəldi rüşvət aldığı üçün tikintiyə icazə verən, Şəhərin tikinti planlaşdırmasını pozan Ramin Abdullayev əslində hansı xəyanətlə, siyasi rəhbərliyə hansı pisliyi etməklə məşğuldur. Ona görə onun kabinetinin qapısı döyülməmiş içəri girilib siyirməsindəki sənədlər yoxlanmalı, qara dəftəri oxunmalıdır.
Çünki Ramin Abdullayev bilmirsən Hətəmxan ağadır, bilmirsən Qurbanəli bəydir, yoxsa əsrimizin çinovniki…Abdullayevi klassiklərin çox obrazlarında təsəvvür etmək olar. İntəhası, onun əməlləri daha çox “ver, yeyim, ört, yatım” deyil, “ver, yığım” misalına bənzəyir. Çünki hörmətli oxucularımız, həmin Ramin ağa bina tikintisinə icazə vermək üçün o qədər yığıb, o qədər yığıb ki…artıq özü də hesab-kitabı itirib. Bəlkə də Məşədi İbadın zəmanəsində yaşasaydı, “məşədi, bir 5 min ver, sənə şəhərin ən gözəl yerində imarət tikməyə şərait yaradım” deyərdi Yəni, əziz və dəyərli oxucular, əgər işiniz Ərazi Tikinti Planlaşdırma Mərkəzinə düşsə qəti narahat olmayın, işləriniz yağ kimi gedəcək, yetər ki, sədr Ramin ağa razı qalsın. O razı qalsa, siz də razı qalacaqsınız. Yəqin ki bu yazını oxuyan MTK sahiblərinə və Tikinti biznesində olan sahibkarlara bu yazılanlar çox tanış gələcəkdir.
Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur. MTK sahiblərinin ve obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işləri qabağa salaraq digər MTK sahiblərinin işlərini vurur. Müraciətlər aylarla hətta illərlə Ramin Abdullayevin stolunda qalır və süni maneələr yaradaraq onların tikilməsinə mane olur.
O zaman bu məmur kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir qanqrena vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb.
Misal üçün xaricdən investisiyaların ölkəmizə cəlb olunduğu bir vaxtda Ramin Abdullayev tikinti bazarını ele hala salıb ki artıq sahibkarlar Azərbaycandan küsərək Gürcüstana, Özbəkistana və digər ölkələrə üz tutmuşdur.
MTK-lardan rüşvət olaraq götürdüyü evlərin sayını itirən Ramin Abdullayev haqqında hətta belə bir söz deyildi. Artıq Ramin Abdullayev adına ev vurmağa qohum-əqrəba da tapmır. (Ölkədə şəhid və müharibə iştirakçılarına ,qazilərə növbə ilə evlərin verildiyi bir vaxtda görəsən Cənab Prezidentin və aidiyyatı qurumların Ramin Abdullayevin rüşvət olaraq götürdüyü evlərdən xəbərləri varmı?
MTK-lardan soruşduqda isə niyə yuxarı şikayət etmirsiniz, cavabında necə şikayət edək, tikinti prosesi uzundu, binanın kodu var, çıxarışı var. Ondan sonra Ramin Abdullayev elə eləsin ki, işimiz lap çətinə düşsün? Həm də ikinci dəfə tikəndə yenə Ramin Abdullayevin qılıncının altından keçməliyik. Gələn müraciətlər aylarla, illərlə mərkəzdə ilişib qalır və yalan-yalnış bəhanələrlə imtina edilir.
Hətta tikinti tikənlərdən birinə: mən burda olduğum müddətdə tikə bilməyəcəksən ; Digerinə isə : Ağlın olardı əvvəldən özümə çıxardın; ifadəsini işlətməkdən çəkinməyən Ramin Abdullayevin məgər kreslo şəxsi mülküdürmü?
Əldə olunan məlumatlara görə, MTK- lardan rüşvət olaraa götürdüyü evlər bəs eləmirmiş kimi Ramin Abdullayev gələn müraciətləri ancaq özünün yaxını olan 2-3 Layihəçəkmə firmalarına yönəldir. Yerdə qalan firmalardan gələn işləri qəbul etmir və keçən layihələrin işlənməsindəndə öz faizini qazanır.(Nəzərinizə çatdırmaq istəyirikki 1 binanın layihələndirilməsi 100 minlərlə manata başa gəlir)
Maraqlı orasındadır ki, Ramin Abdullayevin bu işlərindən inanırıq ki, Ölkə başçısının da xəbəri yoxdur. Xaricdən investisiyalar cəlb olunan vaxtda Ramin Abdullayevin kölgə siyasəti yeritdiyi tikinti bazarı artıq iflic səviyyəsindədir. Görəsən, Arxitektura və Şəhərsalma Komitəsinin sədri Anar Quliyev bu işin harasındadır? Ramin Abdullayevin havadarları kimlərdir ki, artıq Anar Quliyevi də saymır, ya da hamısı əlbirdir.
Onu da qeyd edək ki, Ramin Abdullayevdən şəhid ailələri, qazilərin də ciddi narazılıqları var. Onlar tərəfindən gələn müraciətlərə biganə yanaşan Ramin Abdullayev xeyri olmadığına görə onlardan gələn işlərə də başdan sovdu yanaşır və onları qəbul belə etməkdən imtina edir. Məgər Ramin Abdullayev dəfələrlə Ölkə başçısının “şəhid ailələri və qazilərə diqqət və qayğı göstərin!” sözünü eşitmirmi.
Nəzərinizə çatdırmaq istəyirikki Qısa zaman əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar, Ramin Abdullayevi icazə üçün 20 min manat rüşvət istəməkdə ittiham etmişdi və hal hazırdada bu məsələ Məhkəmədə davam edir.
Ümid edirik ki, Ölkə başçısı və aidiyyatı qurumlar tərəfindən Ramin Abdullayevin iş fəaliyyəti ciddi araşdırılacaq və qısa müddət ərzində belə varlanması, cibə gedən milyonların aqibəti haqqında nəticə olacaq.
Onu da nəzərə alaq ki, 7 fevralda prezident seçkisi olacaq. Seçki sınaqdır, xalqın namizədə, dövlətə inamı deməkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu seçkidə favoritdir, nüfuzu yüksəkdir, rəqibləri ona bata bilməz və təbii ki, xalqın qalib liderə, qalib ordunun Ali Baş Komandanına böyük rəğbəti olmaqla yanaşı ondan gözləntiləri var. Eləcə də müxtəlif sahələrdə islahatlar aparılması, şəffaflıq yaradılması, sahibkarlığa dəstək verilməsi, həmçinin tikinti sahəsində nizam-intizam yaradılması, sadə vətəndaşların, iş adamlarının bu sektorda ciddi addımlar atılacağı istəkləri var. Onlar inanır ki, Prezident İlham Əliyev bu işləri seçkidən sonra daha da gücləndirəcək. Ona görə Ramin Abdullayev kimi məmurlarla işləmək çətindir, bu adamlar dövləti uçuruma aparır, prezidentin islahatçı komandasında, onun proqramında belə məmurlara yer yoxdur. Onsuz da seçki sonrası kadr dəyişiklikləri istisna deyil, o sırada isə Abdullayevin gedişi də qaçılmazdır. Amma təkcə işdən qovulması ilə bu məsələ başa çatmaz, “qara maskalı” oğlanlar da onun əməllərini araşdıra bilərlər. Hər halda bizdən demək, bizdən tənqidləri yazmaq, dövlət bilən məsləhətdir, qarşı tərəf isə öz mövqeyini açıqlaya bilər….

Dia-az.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir