Dünya

Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı təhqiqat başa çatıb

Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb.

“Zirvə yolu”nun məlumatına görə, bunu ədliyyə naziri – baş prokuror Merrik Qarlend ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının hüquq komitələrinin rəhbərlərinə ünvanladığı məktubda bildirib.

“Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb”, – məktubda qeyd edilir. “Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokurorun hesabatından mümkün qədər çox məlumatı açıqlamaq niyyətindəyəm”, – o əlavə edib.

Qarlend vurğulayıb ki, hesabatı, onun əlavələrini və xüsusi prokurorun məktubunu tezliklə Konqresə təqdim etmək niyyətindədir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir