Manşet Siyasət

Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək

Bu il fevralın sonundan Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək.

“Zirvə yolu” xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Asambleyanın fevralın sonunda keçiriləcək iclasında təşkilata sədrlik Türkiyədən Azərbaycana keçəcək”, – o bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib və bu toplantıda Azərbaycan 2024-2025-ci illər üçün APA-nın sədri seçilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir