Azərbaycan hökuməti aqraq sektorda subsidiya ödənilən məhsulların siyahısının genişləndirilməsinə deyil, istehsalın həcminin artımını stimullaşdıran təşviqlərə üstünlük verəcək.
“Zirvə yolu” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Bundan başqa, nazir deyib ki, müasir suvarma sistemlərinin (damcılı, pivot) tətbiqi, ərzaq təhlükəsizliyi prioritet olaraq qalacaq: “Subsidiyalar ona uyğun sistemləşdiriləcək”.