ŞƏT-in Baş katibi: “Azərbaycan sübut etdi ki, şəffaf seçkilərin keçirilməsində maraqlıdır”
Azərbaycan beynəlxalq müşahidəçiləri dəvət etməklə şəffaf seçkilərin keçirilməsində maraqlı olduğunu sübut etdi.
“Zirvə yolu” xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Can Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.
Baş katib xatırladıb ki, ŞƏT-in müşahidəçilər missiyası ölkənin Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycana gəlib: “Missiya fevralın 4-dən müşahidələr aparır. Ölkənin bu tarixi seçkilərində iştirak etmək mənim üçün böyük şərəf idi. Missiyamıza ŞƏT ölkələrinin parlamentlərini təmsil edən 20 müşahidəçi daxil idi. Azərbaycan beynəlxalq müşahidəçiləri dəvət etməklə açıq və şəffaf seçkilərin keçirilməsində maraqlı olduğunu sübut etdi”.