52 yaşlı tanınmış aşıq Ədalət Dəlidağlı “Şou ATV”nin qonağı olub.
Səhhətində ciddi problemlər yaşayan sənətkarın etirafları hər kəsi məəttəl qoyub.
Aşıq Ədalət səhhətinin qəfil pisləşməsinin səbəbini də efirdə açıqlayıb:
“Yurdumuzdan-yuvamızdan perih düşdük. Sonra əzizlərimizi itirdik. Kəlbəcərdə ustadlarımızın məzarı qaldı. O dərd yükləndi.
Mən də çox xəstəliklər tapdım. Bir ayda 3 dəfə əməliyyat olundum. Ölümlə üzbəüz qaldım. Allahın bəlasıdır, mənim omba sümüyüm doğrandı, iliyim doğrandı. Sonra bağırsaqlarımda, ürəyimdə, ödümdə problemlər çıxdı. İndi yaxşıyam, şükür Allaha”.
Qeyd edək ki, Ədalət Dəlidağlı 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülüb.
mənbə: milli.az