İqtisadiyyat Manşet

AZPROMO-nun nümayəndələri Meksikaya səfər edəcəklər

Azərbaycanla Meksika arasında iqtisadi münasibətlərin inkişafı üçün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Meksikaya səfər edəcəklər.

“Zirvə yolu” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, AZPROMO-da Meksika Konqresinin üzvü və Meksika-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Alberto Viya Viyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin icraçı direktoru Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verərək, ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu bildirib. Onun sözlərinə görə, AZPROMO-nun nümayəndələrinin Meksikaya səfəri zamanı ölkədə fəaliyyət göstərən mühüm şirkətlərlə görüşlər keçiriləcək.

A.V.Viyeqas ölkələr arasında ticarət mübadiləsinin genişlənməsi, xüsusilə Azərbaycandan Meksikaya ixrac əməliyyatlarının artırılması perspektivlərini yüksək qiymətləndirib.

Meksika konqresinin rəsmisi hər iki ölkənin səfirlərinin bu istiqamətdə aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb, o cümlədən AZPROMO-nun planlaşdırılan səfəri zamanı əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Meksika şirkətləri ilə ikitərəfli investisiya tərəfdaşlığının qurulması istiqamətində birgə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir