İqtisadiyyat Manşet

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq sabah saat 9:00-dan axşam saatlarına qədər işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir