Cəmiyyət Şou biznes

Azərbaycanlı rejissor “Apatiya”dakı intim səhnədən danışdı: “İradlara hazır idim”

Aktyor-rejissor Hikmət Rəhimov çəkdiyi “Apatiya” filmindəki açıq-saçıq səhnələrin sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.

Hikmət Rəhimov açıqlamasında bu sözləri deyib:

“Filminin bəzi açıq-saçıq səhnələri sosial şəbəkələrdə müəyyən insalarda qıcıq doğurub. Buna bir növ “qara pair” deyirlər. Amma əksər insanlar, xüsusən mətbuat nümayəndələri və ziyalı təbəqə filmin mesajına müsbət fikir bildiriblər. Bu, çox yaxşı haldır. Çünki filmdə cəmiyyətimizdə baş verən müəyyən nöqsanlardan bəhs edilir. Həmin nöqsanların filmdə əks olunmasını tamaşaçılar müsbət hal kimi qarşılayırlar”.

“Açıq-saçıq səhnələrin tənqidinə hazır idinizmi” sualına cavabda Hikmət Rəhimov deyib: “Bu tip mövzular dünya praktikasında çoxdan var. Əslində, iradlara hazır idim. Dünən film haqqında sosial şəbəkədə tənqidi fikirlərlə rastlaşdım. Açığı, bunu gözləyirdim və normal qəbul edirəm. İnsanlar, görünür, özü-özüylə, öz həqiqəti ilə üz-üzə qalmaqdan çəkinir”.

Qeyd edək ki, ekran işində Azərbaycan kino tarixində ilk dəfə masturbasiya görüntüləri yer alıb.

Filmdə əsas rollarda Tural Baxış, Şəhla Əliqızı, Elşən Əsgərov, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, İlqarə Tosova, Rəşad Ibadov, Fuad Cəbiyev çəkiliblər.

Filmin rejissoru, ssenari müəllifi və prodüseri Hikmət Rəhimovdur. “Apatiya” Hikmət Rəhimovun ikinci tammetrajlı filmidir.(Teleqraf)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir