Cəmiyyət

“Metak”dan növbəti şikayət – “BU MƏHSUL KEYFİYYƏTSİZDİR”

“Metak” şirkətinin istehsal etdiyi plastik kanalisaziya boruları ölçülərinə görə bir-birindən fərqlənir.
Kommersant.az xəbər verir ki, sözügedən şirkətin 50-lik və 100-lük olaraq istehsala buraxdığı borular eyni ölçüdə olmur. Buna görə də borular bir-birinin içinə keçmir. Məsələ ilə bağlı şikayət edən İsgəndər Əsgərbəyli bildirib ki, “Metak”ın istehsal etdiyi borular fərqli ölçülərdə olduğuna görə ustalara problem yaşadır.

İ.Əsgərbəyli bildirib ki, bu kimi keyfiyyətsiz məhsullarla mübarizə aparacaq.

Şikayətçi iddiasını sübuta yetirmək məqsədi ilə çəkdiyi videoları sosial şəbəkədə də paylaşıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir