TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib.
“Zirvə yolu” xəbər verir ki, mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub.
Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.
Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.