Dünya

Kutaisi-Barselona reysi bomba təhlükəsi səbəbindən təxirə salınıb

Kutaisi-Barselona reysini həyata keçirən “Wizz Air” şirkətinə məxsus təyyarə göyərtəsində partlayıcı qurğu olması ilə bağlı zəngə görə qısa müddət sonra Kutaisi Beynəlxalq Hava Limanına qayıdıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i hava limanının administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, sərnişinlər dərhal təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edilib ki, hadisə yerində istehkamçılar işləyir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir