Prezident Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.
“Zirvə yolu”nun məlumatına görə, sənəd Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq hökumətin istefa verməsi ilə əlaqədar imzalanıb.
Sərəncama əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibə həvalə edilib.