Məlum olduğu kimi, dünən Nazirlər Kabineti istefa verib. NK üzvlərinin hər birinin yenidən görəvə gəttiriləcəyi indidən şübhəli görünür. Elə dia-az.info-nun da araşdırmalarından aydın olur ki, yeni dövrün yeni tələbləri var və dəyişiklik müləqdir. Prezident İlham Əliyev də bu barədə fikirlərini bildirib. Dövlət başçısı qeyd edib ki, növbədənkənar seçkini zəruri edən amillərdən ən əsası məhz yeni şəraitin, yeni dövrün yaranmasıdır. Ona görə də istər kadr sahəsində, istər idarəetmə və struktur məsələlərində yeni dövrə uyğun dəyişikliklərin olacağı güman edilir. Xüsusən, yeni formalaşacaq hökumətdə yeni simaların da yer alacağı söylənilir.
Dia-az.info-nun əldə etdiyi məlumatlardan aydın olur ki, eyni zamanda onlarla icra başçısı da yeni dönəmdə görəvindən ayrılacaq. Onlarda biri neçəsinin adı artıq məbuatda hallanıb. Söhbət Zaqatala, Füzuli və Qusar rayonlarının icra başçılarından gedir.
Dia-az.info-nun əldə etdiyi məlumata görə, hazırda Lənkərana başçılıq edən Taleh Qaraşov da ilk “vurulanlar” sırasında olacaq. Mənbə iddia edir ki, onun yerinə isə Bakıdan gənc kadr göncəriləcək.
Bu barədə əlavə məlumatımız olacaq. Bizi izləyin…