Səhiyyə

Nar kimlərə ziyanlıdır? – DİQQƏT!

Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.

e-tibb.az xəbər verir ki, nar şirəsi iştahanı, mədə turşuluğunu artırır. Nar qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Ancaq bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.

Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır.

Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.

Ona görə də nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır.

Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, nar qabığı özündə az miqdarda da olsa zəhərli maddələri ehtiva edir. Ona görə ondan yararlanmaq istəsəniz, həkimlə məsləhətləşməlisiniz.

e-tibb.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir