Sabirabad rayonunda saat 11:25 radələrində zəlzələ olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, təkanlar 3.9 maqnitudada, 52 km dərinlikdə qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.