İqtisadiyyat

Səfər Mehdiyev: Nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb

Cari ildə gömrük sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə təşkil edilən görüşdə deyib.

O bildirib ki, risklərin idarəedilməsi mərkəzlərinin yaradılması ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir