Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Zirvə yolu”nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1978-ci il təvəllüdlü Samirə Rüstəmova və övladı, 1998-ci il təvəllüdlü Rüstəmov İbrahim Seyidağa oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.