İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda, qəlblərdə heykəl qururlar. Həkimlik qəhrəmanlıq, hünər deməkdir. Bu peşə sahibindən fədakarlıq, pak niyyət, böyük ürək tələb edir.
Oftamoloq Fərəh Əbduləliyevanın böyük ürəyi, pak niyyəti, çalışqanlığı xəstələrin gözünə işıq olur. Fərəh xanım öz işinə ürəkdən bağlı olan, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, riskli əməliyyatlardan qorxmayan, həyatını ona pənah gətirənlərin gözünə işıq olmağa xərcləyən əsl həkimdir.
Fərəh Əbduləliyeva asudə zamanını öyrənməyə, özünü inkişaf etdirməyə, millətinə daha məsuliyyətlə, vicdanla xidmət etməyi qarşısına məqsəd qoyanlardandır.
Ümumilli lider Heydər Əliyev deyirdi: “Səhiyyə sahəsində çalışan və öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli insanlardır”
Fərəh xanım həkimlik sənətinin daim öyrənməyi, təkmilləşməyi və müasir üsullar axtarmağı tələb edən sənət olduğunu dərk edən, həyatını tibb xidmətinə həsr edən şərəfli, işıqlı həkimdir.
Həkimlik müqəddəs olmaqla yanaşı, ülvi hislərlə sahibini ağuşuna alan, real dünya içində möcüzəli dünya yaradan peşədir. Uşaqlıqdan qəlbində cücərən mümkünsüzləri mümkün etmək, insanların tutunacağı nöqtə, şəfa tapacağı subyekt olmaq kimi mərhəmətdən doğan arzular qanadında böyüyüb öz yolunu tutur həkim.
İnsan həyatı həkimə etibar olunur, gərək bu etibarı layiqincə doğruldasan. Həkimlik ağ xalat geyinən insanın müqəddəs andıdır. Fərəh xanım ağ xalatını daim ağ saxlayan, müqəddəs andına vicdan və vicdanından doğan məsuliyyətlə sadiq olan xanımdır.
Fərəh xanım üçün zaman və məkan anlayışı yoxdur, gecə, gündüz lazım olduqda xəstələri ilə ünsiyyət qurmağı vacib hesab edir.
Həkim zamana işləmir, zaman həkimə işləyir, bəzən dəqiqələr, hərdən də saniyələr xilas edir insan həyatını. Gecikmiş müraciətlərə ani cavabları ilə dünya işığından məhrum olmaqda olanların gözlərinə nur verir. Gözlərə ötürdüyü nur çöhrəsinə yansıyıb Fərəh xanımın. Yaxşı həkim, peşəkar mütəxəssis olmaqla yanaşı, insanlıqda, dostluqda da nümunə hesab olunur.
Həkimlik andına sadiq qalmağı həyat amalı seçən insanlar daha fədakar, cəsarətli olur desək yanılmarıq. Fədakarlıq və cəsarət Fərəh xanımın simasında özünü təcəssüm etdirir.
Fərəh xanıma müraciət edən hər bir vətəndaş sağlamlığına qovuşub, dünyaya işıqlı gözlərlə baxır. Fərəh xanıma isə duaçı olurlar.
Fərəh həkim səhv müalicə nəticəsində problem yaranmış xəstələrə şəfa bəxş etməsilə tanınır. Fərəh xanımın həkimlik təcrübəsi problem yaranmış xəstələrin 100 faiz görməsini təmin edir.
Müasir oftomoloji diaqnostika üsulları ilə göz xəstəliklərini erkən mərhələdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa daim can atır.
Tibbin yeniliklərini araşdıran Fərəh xanım hər gün neçə-neçə ümidsizlərə ümid bəxş edir. Fərəh xanım ona üz tutan hər bir şəxsə faydalı və effektiv müalicə üsulları tətbiq edərək müsbət nəticələr görməyə çalışır ki, bu nəticələr də insanların onun fəaliyyətinə olan inamı sevgi və hörmətidir.
Arif Baratzadə
Baş redaktor