Dünya

Kosmik tullantılar haqqında məlumat toplayacaq peyk uğurla orbitə buraxılıb

Yaponiya şirkəti kosmik tullantılar haqqında məlumat toplayacaq peyki uğurla orbitə buraxıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Astroscale Japan developer” şirkəti məlumat verib.

“ADRAS-J” cihazı Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən kosmodromdan buraxılıb.

Hündürlüyü 1,2 metr, eni 80 santimetr olan peyk manevr etmək qabiliyyətinə malikdir. Buna onun çoxlu kiçik mühərrikləri imkan verəcək. Nəticədə cihaz kosmosda zibil və dağıntılara yaxınlaşa biləcək.

Kosmik dağıntılar haqqında məlumat toplamaq üçün kosmosa göndərilən ilk qurğu həmçinin, 15 il bundan qabaq buraxılmış Yaponiyanın H2A daşıyıcı raketinin hissələrinin tədqiq edəcək və onların şəkillərini Yerə ötürəcək.

Qeyd olunub ki, nəzərdə tutulan işlər müvəffəqiyyətli olarsa müvafiq texnologiya inkişaf etdiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir