Manşet Siyasət

Təşkilat sədri: Prezidentin səsləndirdiyi fikirlər gənclər üçün konseptual “yol xəritəsi”dir

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı səsləndirdiyi fikirlər milli tərəqqinin yeni dövründə gənclərin inkişafı üçün konseptual yol xəritəsi təqdim edərək onları ruhlandırır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışında da qeyd etdiyi kimi, gənclərin yeni dövrdə milli və vətənpərvər ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi ölkənin inkişafı və onların bilavasitə hərəkətverici qüvvə kimi beynəlxalq dialoqlarda fəal iştirakı üçün vacibdir: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təsis olunması və mənzil-qərargahının Bakı şəhərində yerləşməsi ölkədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, bu siyasətin bilavasitə iştirakçısı olan Azərbaycan gəncliyinin uğuru idi. İnanıram ki, yeni dövrdə də Azərbaycan gəncliyi Prezident İlham Əliyevin müvafiq tövsiyə və çağırışlarına uyğun olaraq ölkəmizin inkişafı üçün böyük işlər görəcək. Mən də bir gənc olaraq bu şanlı tarixin bir parçası olmaqdan qürur duyuram”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir