İdman

Azərbaycan alpinistləri Kilimancaro zirvəsini fəth ediblər

Azərbaycan alpinistləri Kilimancaro zirvəsini fəth ediblər.

“Zirvə yolu”nun Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən məlumatına görə, 7 nəfərdən ibarət heyət Afrika qitəsinin ən yüksək zirvəsinə qalxıb.

Qərib Tağızadənin rəhbərliyi altında təşkil edilən ekspedisiya fevralın 9-da başlayıb və 12-də başa çatıb.

Qərib Tağızadə, Elbəy Mustafabəyli, Fariz Rəhimov, Turkan Fərzəliyeva, Elşən Yusubov, Əşrəf Hüseynov və İlkin Qəhrəmanlıdan ibarət kollektiv 5895 metrlik Kilimancaro zirvəsini fəth edərək, orada Azərbaycan ve AAF bayraqlarını dalğalandırıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir