Dünya

Əfqanıstanda torpaq sürüşməsi nəticəsində azı 25 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 25 nəfər ölüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

Təbii fəlakət nəticəsində ümumilikdə 25-ə yaxın ev dağılıb, axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, torpaq sürüşməsi fevralın 19-na keçən gecə baş verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir