Dünya

İzmir sahilində 42 qaçqın saxlanılıb

Türkiyənin İzmir şəhərinin sahilində 15-i uşaq olmaqla 42 qaçqın saxlanılıb.

“Zirvə yolu” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi nəzdində Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Sahil Mühafizə Mobil Radarı (MORAD-10) tərəfindən rezin qayıqda bir qrup nizamsız miqrant aşkarlanıb.

Qaçqınlar müvafiq təhlükəsizlik prosedurundan sonra bölgə üzrə miqrasiya idarəsinə təhvil veriliblər.

Qeyd edək ki, demək olar, hər gün yüzlərlə qaçqın Egey dənizi vasitəsilə Yunanıstan və ya Türkiyəyə daxil olmağa çalışır. Yunanıstan akvatoriyasına soxulmağa çalışan qaçqın qayıqları yerli sahil mühafizə xidməti tərəfindən Türkiyə tərəfinə sıxışdırılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir