İdman

Türkiyə Superliqası: “Beşiktaş” doğma meydanda qələbə qazanıb, “Başakşəhər” uduzub

Futbol üzrə Türkiyə Superliqasında XXVI tura yekun vurulub.

“Zirvə yolu” xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Eyni saatda başlayan matçlarda “Başakşəhər” “Kayserispor”u, “Beşiktaş” isə “Konyaspor”u qəbul edib.

İstanbul təmsilçilərindən biri uduzub, digəri isə qələbə qazanıb. “Başakşəhər” öz meydanında 2:3 hesabı ilə yenilib. “Beşiktaş” isə rəqibini 2 cavabsız qolla üstələyib.

Bu nəticələrdən sonra “Beşiktaş” 43 xalla 3-cü, “Başakşəhə”” 33 xalla 9-cu, “Kayserispor” 32 xalla 11-ci, “Konyaspor” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir