Dünya

Niderlandın müdafiə naziri: Artıq Ukraynaya dron veririk

Niderland artıq Ukraynaya dronlar ötürür.

“Zirvə yolu” Ukraynanın İctimai televiziyasına istinadən xəbər verir ki, bu barədə Qərbi Avropa ölkəsinin müdafiə naziri Kaysa Ollonqren söyləyib.

“Dəqiq rəqəm deyə bilmərəm, ancaq biz artıq Ukraynaya dronlar ötürürük. Sözsüz, mən hesab edirəm ki, bu dronlar koalisiyası çox vacibdir, çünki indi biz səylərimizi birləşdirəcəyik, bu da o deməkdir ki, dronların sayını artıra və həmçinin Ukraynanın ehtiyaclarına uyğun olaraq konkretləşdirə biləcəyik”, – o vurğulayıb.

Ollonqren Amsterdamın bu il F-16-ları Ukraynaya təhvil verməyə başlaya biləcəyinə əminliyini ifadə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir