Dünya

İsrail girovların azad edilməsində irəliləyişin olduğunu açıqlayıb

Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün radikal HƏMAS-la yeni sazişə doğru irəliləyişin “ilkin əlamətləri” görünməyə başlayır.

“Zirvə yolu”nun məlumatına görə, bu barədə İsrailin Müharibə Nazirləri kabinetinin naziri Beni Qantz Təl-Əvivdə keçirdiyi brifinqdə bildirib.

“Girovların azad edilməsi üçün yeni müqavilənin irəli sürülməsi üçün davamlı səylər var. Mümkün irəliləyişin ilkin ümidverici əlamətləri mövcuddur”, – Qantz deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq 240-dan çox insanı girov götürüb. O vaxtdan bəri sektorda genişmiqyaslı hərbi əməliyyatlar davam edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir