Manşet Siyasət

Hakan Fidan Antoni Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

“Zirvə yolu” xəbər verir ki, Fidan və Blinken Qəzza zolağında mümkün qədər tez tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

“G-20” xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşündə tərəflər arasında Ukrayna müharibəsi, NATO-nun genişlənməsi prosesi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələlər də müzakirə olunub.

Görüşdə qarşıdakı dövrdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki də diqqət mərkəzində olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir