Dünya

Pentaqon süni intellektə əsaslanan qoşuna nəzarət sistemi yaradıb

Pentaqon ABŞ Silahlı Qüvvələri üçün süni intellektə (AI) əsaslanan yeni komanda və nəzarət sistemi hazırlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks Vaşinqtonda süni intellektin hərbi tətbiqlərinə dair simpoziumda bildirib.

O, vurğulayıb ki, Amerika hərbi departamenti böyük həcmdə məlumatların, süni intellekt və bu tip digər inkişaf etməkdə olan texnologiyaların emalına lazımi sərmayələr qoyur.

Bununla bağlı nazir müavini qeyd edib ki, ötən ilin yayında o, Pentaqonun ixtisaslaşmış idarələrinə 2023-cü ilin sonuna qədər birgə sistemin minimum real potensialını yaratmağı tapşırıb:

“Minimum pontensiala malik sistem hazırda tamamlanmışdır. Sorğuları emal edərkən aşağı gecikməyə malikdir və son dərəcə etibarlıdır. Təhlükəsizlik baxımından bu potensialın harada və nə üçün istifadə edildiyini deyə bilmərəm. Ancaq deyə bilərəm ki, sistemin işlənib hazırlanması, xüsusən də onun altı ay ərzində ərsəyə gəlinməsi zərurətini nəzərə alsaq, bu iş asan deyildi”.

Bundan əlavə, Hiks iddia edib ki, Vaşinqton süni intellekt sahəsində silahlanma yarışına can atmır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir