2023/2024 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” yeni futbolçu ilə anlaşıb.
“Zirvə yolu” xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Cordan Rezabala ilə müqavilə imzaladığını açıqlayıb.
23 yaşlı ekvadorlu yarımmüdafiəçi ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.