Dünya Manşet

Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən (Pasxa adası, Çili) 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha öncə Sakit okeanda – Kuril adalarının sahilində – güclü zəlzələ olmuşdu.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir