Cəmiyyət

Dövlətin “Aztelekom”u zərərini bir qədər də artırıb – ₼26.1 MİLYONLUQ ZƏRƏR

Dövlətə məxsus “Aztelekom” MMC 2022-ci ili 26.101 milyon manat xalis zərərlə başa vurub.

Şrkətin maliyyə hesabatına istinadən xəbərə görə, bu, 2021-ci ilə nisbətən 2.25 dəfə çoxdur.

Son nəticədə şirkətin 14.2 milyon manat bölüşdürülməmiş mənfəəti 11.901 milyon manat yığılmış zərərlə əvəzlənib.

2022-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 106.972 milyon manat (2021-ci illə müqayisədə 8.2 % çox), xidmətlərinin maya dəyəri 82.639 milyon manat (15.8 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 47.551 milyon mant (33.2 % çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 1.784 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 1.982 milyon manat (20 dəfə çox), sair qeyri-əməliyyat gəlirləri 3.593 milyon manat (6.7 % çox), mənfəət vergisi ödəmələri isə 6.278 milyon manat (30.5 % çox) təşkil edib.

2023-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 270.852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16.5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 73.7 % artaraq 77.286 milyon manata, balans kapitalı isə 3 % artaraq 193.566 milyon manata çatıb.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22.525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir