Manşet Siyasət

Kolumbiya telekanalında Xocalı soyqırımı ilə bağlı geniş süjet efirə gedib

Bütün Latın Amerikası üzrə yayımlanan Kolumbiyanın aparıcı telekanalı “NTN24”-də Xocalı soyqırımına həsr olunmuş geniş süjet efirə gedib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Süjetdə erməni cəlladlarının Xocalıda törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, ölkə ərazisində kütləvi məzarlıqların tapılmağa davam etməsi və bu dəhşətli faciəni törədənlərin hələ də layiqli cəzalarını almadıqları barədə ətraflı məlumat verilir.

Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc Xocalı sakini erməni quldurları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş, bəziləri hətta “diri-diri yandırılmış və başları kəsilmişdir”. “Humanitar dəhliz” adı altında erməni canilərinin günahsız insanları mühasirəyə alaraq misli görülməmiş qətliam törətdikləri vurğulanır.

Human Rights Watch təşkilatının Xocalı hadisələrini Qarabağ müharibəsi zamanı baş vermiş ən böyük qırğın kimi qiymətləndirdiyinə diqqət çəkilir. Bildirilir ki, 30 il müddətində işğal altında saxlanılan Azərbaycan torpaqlarında tapılan kütləvi məzarlıqlar təkcə bu ərazilərdə insanlıq əleyhinə həyata keçirilmiş cinayətlərin izlərinə dəlalət etmir, həm də insanların bu ağrılı günləri yenidən yaşamasına səbəb olur.

Yayım zamanı dünyanın, eləcə Latın Amerikasının bir sıra ölkələrinin Xocalı faciəsini soyqırım kimi tanıdıqları, bununla belə bu vəhşilikləri törədənlərin cəzasızlığının davam etdiyi qeyd olunur. Eurovision yarışmasının qalibi, tanınmış müğənni Nigar Camalın “Məhv olmuş arzular” klipi vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımına, ədalətə cağırışa yönəltməyə cəhd etdiyi bildirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir