Prezident İlham Əliyevin 16 noyabr 2023-cü il tarixli fərmanı ilə ləğv edilmiş “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC kreditorlarına müraciət edib.
“Zirvə yolu”nun məlumatına görə, müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 99 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki bu şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,9 milyon manatdır.