Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şürası mayın 1-də “AzərEnerji” ASC-yə 30 milyon ABŞ dolları məbləğinədək olan kreditin ayrılmasına baxacaq.
“Zirvə yolu” bu barədə EBRD-yə istinadən xəbər verir. Borcalan qismində Maliyyə Nazirliyi, icraçı qismində isə “AzərEnerji” ASC çıxış edəcək. Layihənin ümumi dəyəri 30 milyon ABŞ dolları təşkil edir.
Məlumata görə, kredit vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən 4 yarımstansiyanın gücləndirilməsi üçün avtotransformator avadanlığının alınması maliyyələşdiriləcək.
Layihə Azərbaycanın bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təmilləşdirməyə kömək edəcək.
Layihənin uğurla həyata keçirilməsi ölkədə bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edən şəbəkənin gücləndirilməsi layihələri üçün nümunə olacaq.
EBRD qeyd edib ki, layihə şəbəkənin qeyri-adekvatlığı səbəbindən hazırda mümkün olmayan və ya mövcud bərpa olunan enerji qurğularındakı kəsintilərin azalmasına səbəb ola biləcək planlaşdırılan bərpa olunan enerji qurğularının qoşulmasını təmin etməklə “davamlı” keçidin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.
Həmçinin layihə institusional islahatların həyata keçirilməsinə və bütün sektorlarda struktur dəyişikliklərinə aparan siyasətləri həyata keçirərək “yaşıl” keçidin keyfiyyətinin artırılmasına yardım edəcək.
“Bank Azərbaycanla siyasi dialoqun inkişafında fəal iştirak edir. Bu layihə, Azərbaycanda elektrik şəbəkəsinin çevikliyini yaxşılaşdırılması və bərpa olunan enerji potensialının inteqrasiyası üçün zəruri olan enerji sisteminin modernləşdirilməsinə yönəlmiş EBRD-nin ilk layihəsi olacaq. Beləliklə, layihənin uğurla həyata keçirilməsi gələcək bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkənin daha da gücləndirilməsi layihələri üçün nümunə və təkrarlana bilən standart olacaq”, – EBRD qeyd edib.
Dörd yarımstansiyada transformatorların satın alınması və dəyişdirilməsi ilə bağlı ekoloji və sosial risklərin sektora xas olması gözlənilir. Ekoloji və Sosial Vəziyyət Tədqiqatı (ESDD) müstəqil məsləhətçi tərəfindən həyata keçiriləcək və müştərinin ətraf mühit və sosial idarəetmə sistemlərinin qiymətləndirilməsi, əraziyə səfər və müştərinin cari əməliyyatları və təklif olunan layihənin nəzərdən keçirilməsini əhatə edcək.
EBRD bərpa olunan enerji inteqrasiyasına keçidi dəstəkləmək üçün yarımstansiyanın gücünü təkmilləşdirməklə layihənin dolayı ekoloji faydalar gətirəcəyini gözləyir. ESDD əsasında, bank mövcud müştəri və layihə əməliyyatlarını Performans Tələblərinə (PR) və sektordakı ən yaxşı tətbiqlərə uyğun qurmaq üçün Ətraf Mühit və Sosial Fəaliyyət Planı (ƏMSAP) hazırlanacaq.
EBRD müştəri tərəfindən ətraf mühit və sosial məsələlər üzrə hazırlanmış illik hesabatları nəzərdən keçirməklə PR-ə riayət olunmasına nəzarət edəcək. Lazım gəlsə, bank obyektləri də yoxlayacaq.
Layihə üçün texniki yardımın ayrılması da nəzərdə tutulur, hazırda maliyyələşdirilmə mənbəyi dəqiqləşdirilir.