Goranboyda yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.
“Zirvə yolu”nun məlumatına görə, həmin şəxs Bərdə rayon sakini, 1966-cı il təvəllüdlü Ç.Kazımovdur.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
17:33
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Zirvə yolu”nun məlumatına görə, rayon ərazisində “VAZ-2106” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər ölüb.
Əraziyə yol polisi əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.