İqtisadiyyat

Azərbaycanda “Hökumət buludu”na miqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb

Bu günə qədər Azərbaycanda ümumilikdə 110 dövlət qurumu informasiya sistemlərini “Hökumət buludu”na köçürüb.

“Zirvə yolu” xəbər  verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-dən bildirilib.

Məlumata görə, bunlardan 36-sı tam şəkildə, 74 qurum isə qismən “Hökumət buludu”na miqrasiya edib: “Plana əsasən, digər qurumların informasiya sistemlərinin bulud infrastrukturuna keçirilməsi mərhələli şəkildə icra olunur. Bunlardan biri də “Elektron kredit və zəmanət” informasiya sistemidir.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus olan adıçəkilən sistemin “Hökumət buludu”nda yerləşdirilməsi üçün tərəfimizdən bütün texnoloji mühit təmin olunub və infrastruktur hazır vəziyyətə gətirilib. Onun “Hökumət buludu”na köçürülməsi üçün fondla ilkin danışıqlar aparılıb. Fond tərəfindən yekun müraciət daxil olduqdan sonra müvafiq texniki işlər aparılacaq və miqrasiya prosesi həyata keçiriləcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir