Sosial

Pensiyaya çıxmaq üçün yaş həddi haqqında xəbər var

“Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir”, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: “Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik”.

Deputat həmçinin “uşaq pulu” verilməsi məsələsini yenidən qaldırıb. O bildirib ki, onlar “uşaq pulu” ilə böyüyən nəsildir: “Uşaq pulunu ödəyə bilmirik deməyi doğru hesab etmirəm. Biz demirik ki, 18 yaşına kimi vermək lazımdır. Ancaq birbaşa “uşaq pulu” vermirik demək düzgün deyil. Sosial Müdafiə Nazirliyi bununla bağlı müəyyən təkliflərlə çıxış etməlidir”.
V. Əhmədov həmçinin Dost Mərkəzlərinin yaradılmasını sorğulayıb. O qeyd edib ki, ölkədə çox ciddi “Dost Mərkəzləri” yaradılır: “Əgər Azərbaycanda elektron hökumət sisteminə keçilirsə, niyə əlavə mərkəzlərin yaradılmasına gedirik? Yerlərdə nazirliyin fondları, məşğulluq mərkəzləri var. Əlavə mərkəzlərin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılması nə qədər məqsədəuyğundur?!”- o deyə vurğulayıb.

(qafqazinfo)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir