Dünya

Çexiya Ukraynaya Avropa qoşunlarının göndərilməsi ehtimalını təkzib edib

“Avropada heç kim Ukraynaya qoşun göndərmək fikrində deyil”.

“Zirvə yolu” xəbər verir ki, bunu Çexiyanın baş naziri Peter Fiala deyib.

Onun sözlərinə görə, Ukrayna cəbhəsinə avropalı hərbi kontingentlərin göndərilməsindən söhbət getmir.

Siyasətçi əlavə edib ki, oxşar ideyanı Fransa prezidenti Emmanuel Makron irəli sürüb, lakin buna cavab tapmayıb. Əksər Avropa liderləri belə qənaətə gəliblər ki, öz döyüşçülərinin Ukraynadakı münaqişədə iştirak etmək üçün göndərilməsi məsələsi nə müzakirə olunacaq, nə də baxılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir