Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.
“Zirvə yolu”nun məlumatına görə, tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri – 1998-ci il təvəllüdlü Cavid Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan şəxs – 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
01:45
Göygöl rayonunun Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.
“Zirvə yolu”nun məlumatına görə, toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri qarşıdan gələn avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ağır xəsarətlər alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.





