Cəmiyyət

FHN əməkdaşları 3 yaşlı uşağı xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir