“Al market” tanınmış kolbasa firmasının adı ilə endirim reklamlarının yalan olduğu məlum olub.
Tribunainfo.az xəbər verir ki, sözügedən marketin yalanını vətəndaş Elmir babayev üzə çıxarıb. O bildirib ki, market sponsorlu paylaşım edərək “Ovçular”firmasına məxsus krakov kolbasasının endirimdə olduğunu reklam edib. Lakin marketdə məlum olub ki, endirim başqa kolbasalara aidir:
“Reklam edirlər ki, “Ovçular” krakov kolbasası endirimdədir. Gedib baxdım, kassada endirim çıxmadı. Əvəzində başqa bir firmanın “krakov” kalbasasını təklif etdilər. Təklif etdikləri kolbasa da adı-sanı bilinməyən, dadı-tamı olmayan bir məhsuldu. İki gün əvvəl həm “Vatsap”da müştəri xidmətlərinə, həm də “Facebook”da şikayətimi bildirmişəm. Amma maraqlanmırlar. Köməklik etməkləri bir yana qalsın, rəyimi silirlər ki, başqaları görməsin və aldatmağa rahat davam etsinlər”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.