Fələstinin HƏMAS hərəkatı ABŞ-ın İsraildəki fələstinli məhbuslarla girovların dəyişdirilməsi ilə bağlı təklif etdiyi şərtlərlə razılaşmayıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” (NYT) məlumat yayıb.
Məlumata görə, ABŞ Qəzza zolağında saxlanılan 40 girovun İsrail həbsxanalarında saxlanılan bir neçə yüz fələstinli ilə dəyişdirilməsi düsturunu təqdim etmişdi.
HƏMAS-ın bu şərtləri qəbul etməməsinin səbəbləri açıqlamayıb.
Qəzetin yazdığına görə, radikal hərəkatın imtinası yəhudi dövlətinin Qahirə danışıqlarına öz nümayəndə heyətini göndərməməsinin səbəblərindən biri ola bilər.