Qazaxıstanın Almatı şəhərində 5 maqnitudalı zəlzələ baş verib, yeraltı təkanlar Qırğızıstan və Çində hiss olunub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Almatıdan 37 km, Qırğızıstanın İssık-Kul vilayətindən 8 km aralıda yerləşib.
Bildirilib ki, Almatıda insanlar binaları tərk edirlər.